2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda avtobuslarla 986 milyon 801 min sərnişin daşınıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 37.1% azdır.
Belə ki, ötən ilin yanvar-noyabr aylarında avtobus nəqliyyatı ilə 1 milyard 569 milyon 611 min sərnişin daşınıb.
Məlumata əsasən, hesabat dövründə minik taksilərinin xidmətlərindən 40 milyon 129 min nəfər istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39.6% azdır. Belə ki, 2019-cu ilin müvafiq dövründə taksi xidmətlərindən 66 milyon 439 min nəfər istifadə edib.