Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2019-cu il fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 mlrd 884,7 mln manat təşkil etmişdir.
Ötən ilin müvafiq dövründə isə bank və digər kredit təşkilatlarının kredit portfeli 11 mlrd 656,1 mln manat olub. Belə ki, 2018-ci ilin analoji dövrüylə müqayisədə bu il ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli 10 % artıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.
Ümumi kredit portfelinin 10302,4 milyon manatı və ya 80,0 faizi uzunmüddətli kreditlərin payına düşmüşdür.
Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilmişdir.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1569,4 milyon manat olmuş və ümumi kredit portfelinin 12,2 faizini təşkil etmişdir.