Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana dəyəri 63 525.53 min dollar olan mebel və onun hissələri idxal olunub.
Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən il bu göstərici 84 402.18 min ABŞ dolları təşkil edirdi ki, müqayisədə mebel istehsalı cari ildə 20.877 min ABŞ dolları (25%) azalıb.
Həmçinin idxalla yanaşı, mebel istehsalında da azalma müşahidə olunub. Belə ki, cari ilin yanvar-oktyabr aylarında istehsal olunan mebelin dəyəri 24.4% azalaraq 120,0 milyon manat təşkil edib.