Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin 11 ayında sahibkarların 2 343 layihəsinin maliyyələşdirilməsi üçün 119.6 mln. ₼ güzəştli kredit verilib.
Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Twitter səhifəsində yazıb.
Kredit məbləğinin 59.8%-i kənd təsərrüfatı məhsullarının istehsalı üzrə verilib.