27 C
Baku
Saturday, July 27, 2024

Bu il pensiyaçılara ödənilən məbləğ 84 mln. manat artıb

2021-ci ilin yanvar-may aylarında pensiyaçılara 1 milyard  958 milyon 600 min manat ödənilib.

Banker.az Dövlət Sosial Müdafiə Fondundan əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən  84.1 mln. manat və ya 4.5% çoxdur.

Qeyd edək ki, bu ilin əvvəlindən pensiyaların sığorta hissəsi 11.4% indeksasiya edilərək artırılıb və artım 1.14 milyon pensiyaçını əhatə edib. Həmçinin 12 809 şəxsin pensiya məbləğlərinin qanunvericilikdə nəzərdə tutulandan aşağı məbləğdə hesablandığı müəyyən edilərək həmin şəxslərin pensiyaları artırılıb.

Bir yazı görseli olabilir

 

Son xəbərlər
Digər xəbərlər