“Bu il peşə təhsilində 6 yeni ixtisasa qəbul aparılacaq”.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən, direktor müavini Ceyhun Kərəmov media nümayəndələri ilə görüşdə deyib.
O bildirib ki, bunlardan 2-si yüksək texniki peşə, 4-ü isə texniki peşə üzrədir.
“Yüksək texniki peşə sahəsi üzrə yeni ixtisaslar – Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, Kənd təsərrüfatı və inşaat texnikası (maşınlarının) istismarı, texniki peşə üzrə yeni ixtisaslar (1 illik) isə Rabitə quraşdırıcısı-kabelçi – Rabitə və İT üzrə BDPTM, Kombi və kondisioner ustası – (Cəlilabad), Planer və mühərrik üzrə mexanik (Aviasiya və Avtomobil Nəqliyyatı) və Unüyütmə istehsalının aparatçısıdır”.