3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Bu il qəbul imtahanları yenə də iki mərhələdə keçirilə bilər

“Mart ayında imkan olsa, qəbul imtahanları yenə də iki mərhələdə (yaz və yay) keçiriləcək”.

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu məsələlər müzakirə edilir: “Çalışacağıq ki, bu il abituriyentlərə iki şans verilsin. İmtahanların ardıcıllığı müəyyən olunanda və aidiyyəti qurumlarla razılaşdırdıqdan sonra ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, ötən il pandemiya səbəbindən qəbul imtahanı bir mərhələdə keçirilmişdi.

Son xəbərlər
Oxşar xəbərlər