12 C
Baku
Saturday, November 23, 2024

Bu il Qarabağ və Şərqi Zəngəzurda 8.5 min ha kənd təsərrüfatı təyinatlı ərazi minalardan təmizlənəcək

Bu il Qarabağ və Şərqi Zəngəzurda 8,509.6 ha kənd təsərrüfatı təyinatlı ərazinin minalardan təmizlənməsi nəzərdə tutulub.

Bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) bildirilib.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumlar tərəfindən 2023-cü il ərzində 53 min 81 ha ərazi mina və partlayıcı sursatlardan təmizlənib.

Bu ərazilərdən 28,877.2 hektarı kənd təsərrüfatı təyinatlı torpaqlar olub.

Son xəbərlər
Digər xəbərlər