2022-ci ilin yanvar-aprel ayları ərzində 107 552 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12.2% çoxdur.
Banker.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın 61 841-i və ya 57.5%-i torpaq sahələrinin payına düşüb.