10 C
Baku
Friday, December 13, 2024

Bu il qeyri-OPEC+ ölkələrində neft hasilatının artacağı proqnozlaşdırılır

OPEC+ alyansına daxil olmayan ölkələrdə neft hasilatının artımının 2022-ci ildə gündəlik 1,9 mln. barrel, 2023-cü ildə isə gündəlik 1,8 mln. barrel təşkil edəcəyi gözlənilir.

Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) iyun hesabatında deyilir.

“ABŞ-ın başçılıq etdiyi qeyri-OPEC+ ölkələri hasilatı 2022-ci ildə sutkada 1,9 mln. barel, gələn il isə sutkada 1,8 mln. barel artıracaq”, – IEA yazır.

Agentlik güman edir ki, 2022-ci ildə istehsalın əsas artımı – 65% ABŞ-dan gələcək. Xüsusilə ilin ikinci yarısında artım Kanada, Qayana və Braziliya tərəfindən də təmin ediləcək. 2023-cü ildə əsas – 60% artım yenidən ABŞ-dan gələcək.

“Artımın bu il ərzində və 2023-cü ildə davam edəcəyi, 2022-ci ildə orta hesabla gündəlik 48,2 mln. barel (+1,9 mln. barel) və 2023-cü ildə gündəlik əhəmiyyətli 50 mln. barel (gündə +1,8 mln. barel) təşkil edəcəyi gözlənilir”, – hesabatda qeyd olunur.

 

 

Son xəbərlər
Digər xəbərlər