Bu il qlobal blokçeyn bazarının həcmi 50% artacaq

IDC şirkətinin analitikləri yaxın illər üçün qlobal blokçeyn bazarına aid yeni bir proqnoz yayımlayıb. Pandemiyaya və çətin iqtisadi vəziyyətə baxmayaraq, blokçeyn sənayesi davamlı şəkildə böyüyəcək. Analitiklərin fikrincə, bu il sözügedən bazarın həcmi pul ilə ifadə etsək, 4.1 milyard dollara çatacaq. Bu proqnozlar reallaşarsa, artım keçən ilə nisbətən 50%-i keçəcək.

Artım tempinin nəticəsində 2024-cü ildə xərclər 17.9 milyard dollara çatacaq, yəni cari ilə nisbətən dörd dəfə artacaq.

Məlumatda qeyd olunur ki, bu il qlobal blokçeyn bazarındakı ümumi xərclərin dörddə birindən çoxu bank sektorunun üzərinə düşəcək. Ümumi xərclərin demək olar ki, 25%-i isə istehsal sektorunun payına, ümumi bazar həcminin təxminən 70%-i hər növ İT və biznes xidmətlərinin payına düşəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.