12 C
Baku
Thursday, March 28, 2024

Bu il qlobal iqtisadiyyat 1% kiçiləcək

Bu il koronavirus (COVID-19) infeksiyasının təsiri ilə qlobal iqtisadiyyatda 1% kiçilmə olacaq.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İqtisadi və Sosial Məsələlər Departamentinin hesabatında bildirilir.

Sənədə əsasən, virus əlaqədar karantin rejiminin tətbiq edilməsi, hərəkətə məhdudiyyət qoyulması əsasən ticarət, əyləncə və nəqliyyat kimi sektorlara mənfi təsir edəcək.

“Təkcə epidemiya ilə mübarizə və insanların həyatını xilas etmək üçün deyil, eyni zamanda epidemiyaya qarşı ən zəif olan ölkələri iqtisadi tənəzzüldən qorumaq və iqtisadi artımı, maliyyə sabitliyini təmin etmək üçün təcili tədbirlərə ehtiyac var”, – hesabatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər