10 C
Baku
Friday, December 27, 2024

“Bu il qlobal sığorta bazarının həcmi 7 trilyon dolları ötəcək”

Dünyanın və İsveçrənin aparıcı təkrarsığorta şirkəti “Swiss Re” bu il qlobal sığorta bazarının həcminin ötən ilə müqayisədə 6.1% artaraq 7 trilyon ABŞ dollarını keçəcəyini proqnozlaşdırır.

“Swiss Re” proqnozunu koronavirus (COVİD019) pandemiyanın səngiməsi ilə əlaqədar bazarın yenidən və sürətlə bərpa olunması, qeyri-həyat sığortasında sığorta tariflərinin yüksəlməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrin sığorta bazarlarında daha yüksək sığorta haqlarının tətbiqi ilə əlaqələndirib.

İsveçrə şirkətində hesab edirlər ki, bu il dünyada həyat sığortası 0.2% azalacaq, gələn il 1.9% artacaq, qeyri-həyat sığortası isə bu il 0.8%, gələn il isə 2.2% artacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər