16 C
Baku
Friday, April 18, 2025

Bu il qlobal süni intellekt bazarı 5 mlrd. dollara çatacağı gözlənilir

Bu il qlobal süni intellekt bazarının 5 milyard ABŞ dolları dəyərinə çatacağı gözlənilir.

Bunu süni intellektlə bağlı “6th AI & Data Forum”da Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.

Onun sözlərinə görə, 2030-cu ildə bu rəqəmin 1,8 trilyon dollara yüksələcəyi proqnozlaşdırılır.

Fariz Cəfərov qeyd edib ki, süni intellekt texnologiyalarının 2030-cu il üçün qlobal ÜDM-ə 15,7 trilyon dollardan çox əlavə dəyər qatacağı gözlənilir.

“Şirkətlərin 61%-i artıq öz əməliyyatlarında süni intellekt texnologiyalarından istifadə edir. ChatGBT, Gemini, Cloud kimi yaradılan AI modelləri gündəlik olaraq 100 milyondan çox insan tərəfindən istifadə olunur”, – Fariz Cəfərov vurğulayıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər