3 C
Baku
Monday, March 4, 2024

Bu il qlobal ÜDM 5,2% azalacaq

Dünya Bankı qlobal iqtisadi artımla bağlı yeni proqnozlarını açıqlayıb.

Qurum bu il dünya üzrə ümumi daxili məhsulun (ÜDM) 5,2% azalacağını, gələn il isə 4,2% artacağını proqnozlaşdırır.

Xatırladaq ki, bundan əvvəlki proqnozda müvafiq olaraq 2,5% və 2,6% iqtisadi artım olacağı bildirilirdi.

Dünya Bankı koronavirus (COVID-19) pandemiyasının ən çox zərər vurduğu Çin iqtisadiyyatının bu il 1% böyüyəcəyini, ABŞ və avrozona iqtisadiyyatlarının isə 6,1% və 9,1% kiçiləcəyini, 2021-ci ildə isə müvafiq olaraq 6,9%, 4% və 4,5% böyüyəcəyini proqnozlaşdırır.

Ümumilikdə inkişaf etmiş iqtisadiyyatların bu il orta hesabla 7%, inkişaf etməkdə olan iqtisadiyyatların isə orta hesabla 2,5% kiçiləcəcəyi proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər