14 C
Baku
Monday, May 6, 2024

Bu il Rusiya Ermənistandan $2 mlrd.-lıq məhsul idxal edib

2023-cü ilin ilk yeddi ayı ərzində Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 3.7 milyard dollar təşkil edib.

Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikovun iştirakı ilə “Ermənistan və Rusiyanın işgüzar dairələrinin nümayəndələri ilə işgüzar səhər yeməyi”ndən əvvəl deyib.

Nazir bildirib ki, ticarətin ümumi həcminin 2 milyard dolları Ermənistandan, 1.7 milyard dolları isə Rusiyadan ixrac edilib.

“Bu, keçən illə müqayisədə 70% çoxdur və ötən il 2021-ci illə müqayisədə dövriyyəmiz ikiqat olub. Yəni, ticarət kifayət qədər sürətlə artır, lakin biz görürük ki, bu, hədd deyil və biz müxtəlif sahələrdə əməkdaşlığımızı artırmaq niyyətindəyik, “, – deyə erməni nazir bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər