13 C
Baku
Monday, May 20, 2024

Bu il Rusiya vətəndaşlığından imtina edənlərin sayı açıqlanıb

2023-cü ildə təxminən 4,4 min nəfər Rusiya vətəndaşlığından imtina edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Konsulluq Departamentinin direktoru Aleksey Klimov bildirib.

Qeyd edilib ki, 2023-cü ilin ilk 9 ayında 15,1 min nəfər xaricdə Rusiya vətəndaşlığına qəbul edilib. Rusiya vətəndaşlığına qəbul edilənlərin böyük əksəriyyəti qarışıq nikahdan doğulan uşaqlardır. Həmin dövrdə Rusiya diplomatik nümayəndələri anadan olan 12,5 min uşağa vətəndaşlıq verib:

“Müqayisə üçün, 2022-ci ildə bu rəqəmlər müvafiq olaraq 23,5 və 13,6 min nəfər olub. Rusiya vətəndaşlığına xitam verilməsinə gəlincə, 2023-cü ildə 4,4 min nəfər Rusiya vətəndaşlığından imtina etmək arzusunu ifadə edib. Ötən ilin statistikası ilə müqayisə etsək, 2022-ci ilin yekununda bu göstərici 4,3 min nəfər olub”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər