17 C
Baku
Thursday, October 31, 2024

Bu il Rusiyanın Azərbaycan və digər Xəzəryanı ölkələrlə ticarət dövriyyəsi 38 mlrd dollara çatacaq

Rusiya ilə dörd Xəzəryanı ölkə – Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran arasındakı ticarət dövriyyəsi 2024-cü ilin sonunda 38 milyard ABŞ dolları təşkil edə bilər ki, bu da 2023-cü illə müqayisədə yüksəkdir.

Bu barədə Rusiya Ticarət və Sənaye Palatasının vitse-prezidenti Vladimir Padalko Həştərxanda keçirilən “İşgüzar Xəzər – səmərəli tərəfdaşlıq təcrübəsi və perspektivləri” adlı forumda jurnalistlərə açıqlamasında bildirib.

“Dinamika artır, müsbətdir. 2022-ci ildən sonra durumu düzəltmişik. Ona görə də sırf Palatasının hesablamalarına görə, bu ilin sonunda bu rəqəm 37 milyard dollardan çox, 38 milyard dollar olacaq. Keçən illə müqayisə aparsaq, durğunluq olmaya bilməzdi, amma bu, fəlakətli səviyyədə deyil, sizi əmin edirəm”, – Padalko deyib.

Onun sözlərinə görə, hazırda Xəzəryanı ölkələrlə qarşılıqlı hesablaşmalar milli valyutalarda aparılır və bu, xarici ticarət dövriyyəsini artırmağa imkan verəcək.

Son xəbərlər
Digər xəbərlər