2021-ci ildə rayonda 790 hektarda yeni fındıq bağları salınaraq, mövcud bağların sahəsi 4681 hektara çatdırılıb.
Banker.az Azərtaca istinadla xəbər verir ki, bunu Şəki Şəhər Statistika İdarəsi bildirilib.
Builki mövsümdə fındıq bağlarından 4010 ton məhsul tədarük olunub. Hər hektar fındıq bağından orta hesabla 10,3 sentner məhsul götürülüb.
Eyni zamanda, bu il rayonda 57,5 hektarda yeni qoz bağları salınıb. Hazırda rayonda mövcud qoz bağlarının sahəsi 636 hektardır. Bu il bağlardan 1151 ton məhsul yığılıb.