7 C
Baku
Monday, January 5, 2026

Bu il sənədsiz evlərlə bağlı problem kökündən həll edilə bilər

Bu il 500 mindən çox çıxarışsız ev sənədləşdirilə bilər.

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq ili” elan edilməsi ilə uzun illərdir müzakirə olunan plansız və sənədsiz evlər riskli zonalarda olan tikililərin aqibətini yenidən gündəmə gətirib.

Millət vəkili Jalə Əliyevanın sözlərinə görə, proses həm də ölkə büdcəsi üçün müsbət haldır, çünki qeydiyyata alınan və sənədləşdirlən torpaq sahələri və evlərin sahibləri vergi ödəyicisi olacaq.

İlk növbədə, qeyri-yaşayış sahələrinə bu istiqamətdə sənədlərin verilməsinə başlanılıb. Amma 2026-ci ildə məhz yaşayış sahələrinə sənədlərin verilməsi istisna deyil.

Qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruc isə deyib ki, bu say 500 mindən çox da ola bilər.

Onun sözlərinə görə, hazırda sənədsiz evlərlə bağlı ən böyük problemlərdən biri qeyri-yaşayış təyinatlı sahələrdə tikilən evlərdir. Bununla bağlı isə dünya təcrübəsinə uyğun olaraq əmlak amnistiyası keçirilə bilər. Bu isə o deməkdir ki, torpaq sahəsinin təyinatını dəyişməklə həmin mənzillərə və ya obyektlərə də sənəd verilə bilər.

Son xəbərlər
Digər xəbərlər