10 C
Baku
Friday, December 27, 2024

Bu il sənaye zonalarında istehsal 2 mlrd. ₼-ı ötüb

2022-ci ilin 9 ayında sənaye zonalarında məhsul istehsalı və ixrac artıb.

Banker.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov öz rəsmi Ttwitter səhifəsində yazıb.

Nazir qeyd edib ki, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə istehsal 41.5% artaraq 2.1 mlrd. ₼-dan çox, ixrac isə 55.3% artaraq 846.1 mln. ₼ təşkil edib.

Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16.6%, ixracında isə 33.3% olub. İndiyədək sənaye zonalarında 8 mlrd. ₼ dəyərində məhsul istehsal edilib və bunun 2.6 mlrd. ₼-lıq hissəsi ixrac olunub.

Son xəbərlər
Digər xəbərlər