2022-ci ilin ötən 10 ayı ərzində sahibkarların 2 195 layihəsinin maliyyələşdirilməsinə 105.6 milyon manat güzəştli kredit verilib.
Bu barədə Banker.az-a Sahibkarlığın İnkişafı Fondundan məlumat verilib.
Məlumata əsasən, güzəştli kredit məbləğinin 62.4%-i kənd təsərrüfatı sahəsinə, 21.7%-i sənaye sahəsinə, 7.3%-i turizm sahəsinə ayrılıb. Kreditin 8.6%-i isə digər sahələrin payına düşüb.