8 C
Baku
Wednesday, November 30, 2022

Bu il sosial müavinət və təqaüd ödənilən şəxslərin sayı açıqlanıb

Yanvar-avqust aylarında 813 min şəxsə sosial müavinət və təqaüd ödənilib.

Bu barədə Banker.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilir ki, onlardan 446 mini sosial müavinətlə, 367 mini Prezidentin aylıq təqaüdü ilə təmin olunub. Həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 35% çox olmaqla 532 mln. manat, Prezident təqaüdləri üzrə 28% çox olmaqla 354 mln. manat ödənilib.

Bu ilin 8 ayında 168.5 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər
X