16 C
Baku
Thursday, April 18, 2024

Bu il sosial müavinətlər üzrə 493 mln., Prezident təqaüdləri üzrə 320 mln. manat ödənilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyun aylarında 450 min nəfərə sosial müavinət, 373 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.

Nazirlikdən verilən xəbərə görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə ötən ilin müvafiq dövrünə nisbətən 24 faiz çox olmaqla 493 mln. manat, Prezident təqaüdləri üzrə 21 faiz çox olmaqla 320 mln. manat ödənilib.

Son 6 ayda 68 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 497 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər