1 C
Baku
Saturday, December 14, 2024

Bu il TAP vasitəsilə 6.5 milyard kubmetrdən çox qaz nəql edilib

Bu ilin əvvəlindən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya 6,53 milyard kubmetrdən çox qaz nəql edilib.

Bunu müsahibəsində TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.

“2024-cü ilin əvvəlindən biz 6,53 milyard kubmetrdən çox, o cümlədən Bolqarıstana 0,46 milyard kubmetr, Yunanıstana 0,60 milyard kubmetr və İtaliyaya 5,42 milyard kubmetrdən çox qaz nəql etmişik”, – o vurğulayıb.

Onun sözlərinə görə, boru kəməri fəaliyyətə başlayandan indiyədək 37,53 milyard kubmetrdən çox qaz nəql edilib. Onun 2,29 milyard kubmetri Bolqarıstana, 3,63 milyard kubmetri Yunanıstana, 31,33 milyard kubmetri İtaliyaya tədarük edilib: “TAP 2022-ci il fevralın ortalarından başlayaraq tam gücü ilə işləyir. Əhəmiyyətli qısamüddətli sifarişlər isə uzunmüddətli öhdəlikləri tamamlayır”.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər