8 C
Baku
Monday, November 18, 2024

Bu il Türkiyə iqtisadiyyatında böyümə gözlənilir – “Moody’s”

Beynəlxalq kredit reytinq agentliyi “Moody’s” Türkiyə iqtisadiyyatının artım proqnozunu açıqlayıb.

“Qlobal Makro Görünüş” 2023-2024 hesabatının avqust sayını dərc edən “Moody’s” Türkiyə iqtisadiyyatının bu il 4,2 faiz, gələn il isə 3 faiz böyüməsinin gözləndiyini açıqlayıb.

Keçən may ayında dərc edilən hesabatdakı proqnozda Türkiyə iqtisadiyyatının bu il 2,6 faiz, gələn il isə 2 faiz artacağı proqnozlaşdırılırdı.

Hesabatda Türkiyənin inflyasiya proqnozları da yer alıb. Buna uyğun olaraq, Türkiyədə ilin sonuna inflyasiyanın bu il yüzdə 51,2, gələn il isə yüzdə 48,7 olmasının gözləndiyi qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər