21 C
Baku
Friday, September 27, 2024

Bu il Türkiyənin Çinə elektrik avadanlıqları ixracı 89 milyon dolları ötüb

Türkiyə 2023-cü ilin yanvar-noyabr aylarında Çinə elektrik avadanlıqları ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 7,7 faiz azaldaraq, 89,8 milyon dollara çatdırıb.

Bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Noyabr ayında Türkiyə Çinə elektrik avadanlıqları ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə, 51,2 faiz artıraraq, 9,5 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-noyabr aylarında Türkiyənin elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə, 8,1 faiz artaraq, 14,8 milyard dollara bərabər olub.

Bu ilin noyabr ayında Türkiyə 1,4 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 2 faiz azdır.

Son 12 ay ərzində (noyabr 2022-noyabr 2023) Türkiyə 16,3 milyard dollar məbləğində elektrik avadanlıqları ixrac edib.

Son xəbərlər
Digər xəbərlər