6 C
Baku
Sunday, December 15, 2024

Bu il üçün EIA Azərbaycanda neft hasilatı üzrə proqnozunu dəyişib

2021-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 750 min barel təşkil edəcəyi proqnozlaşdırılır.

Bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Administrasiyası (EIA) “Short-Term Energy Outlook – April 2021” hesabatıda xəbər verilir.

Bu il üçün neft hasilatı üzrə proqnoz daha öncə verilən proqnozla müqayisədə 20 min barel və ya 2,6 % azalaraq dəyişib.

Bu ilin birinci rübündə ölkədə orta gündəlik neft hasilatının 750 min barel olacağı gözlənilir. Bu, daha öncə mart ayında verilən proqnozla eynidir.

Bu ilin ikinci rübündə isə Azərbaycanda gündəlik neft hasilatı 730 min barel olacağı gözlənilir. Agentliyin hesabatına əsasən, bu, EIA-in mart hesabatında verilən proqnozdan 30 min barel və ya 3,94 % azdır. Müvafiq olaraq bu proqnoz 2020-ci ilin ikinci rübü ilə müqayisədə isə 30 min barel və ya 4,3 % çoxdur.

Agentlik hesab edir ki, bu ilin üçüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnoz 730 min barel olacaq. Bu da daha əvvəlki proqnozla müqayisədə 40 min barel və ya 5,2 % azdır. 2020-ci ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 60 min barel və ya 8,95 % çoxdur.

Bu ilin sonuncu rübündə isə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozu 770 min barel olacağı açıqlanıb. Bu da qurum tərəfindən mart ayında açıqlanan proqnozla müqayisədə 20 min barel və ya 2,53 % azdır. Bu proqnoz isə ötən ilin dördüncü rübünün gündəlik neft hasilatı üzrə göstəricilərindən 80 min barel və ya 11,6 % çoxdur.

Son xəbərlər
Digər xəbərlər