Bu il Ukrayna birbaşa büdcə dəstəyi üçün ABŞ-dən 7.8 milyard dollar alacaq.
Bu barədə Ukrayna Baş naziri Denis Şmıqal “X” hesabında bildirib.
Onun sözlərinə görə, Ukrayna Dünya Bankının layihəsi vasitəsilə ABŞ-dən 3,9 milyard dollar alıb.
“Bu vəsait müəllimlərin, həkimlərin və xilasedicilərin əmək haqları, pensiya və sosial müavinətlər kimi prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək”, – Ukrayna Baş naziri deyib.
“Bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollar birbaşa büdcə dəstəyi alacaq ki, bu da bizə bu maliyyə dövrünü inamla keçməyə imkan verəcək”, o əlavə edib.