17 C
Baku
Thursday, October 23, 2025

Bu il üzrə vergi və gömrük güzəştlərinin həcmi 7,5 mlrd. manata çatacaq

2025-ci ildə vergi və gömrük güzəştlərinin həcmi 7,5 milyard manata çatacaq.

Dövlətin iqtisadi fəallığı stimullaşdırmaq və sosial sahələrə dəstək məqsədilə təqdim etdiyi vergi və gömrük güzəştlərinin həcmi 2025-ci ildə 7 milyard 509 milyon manat proqnozlaşdırılıb.

Bu göstərici 2022-ci illə müqayisədə 2 milyard 257 milyon manat və ya 43 faiz çoxdur. Ötən illə müqayisədə isə 707,2 milyon manat və ya 10,4 faiz artım deməkdir.

Güzəştlərin ümumi məbləği – 4 milyard 395,9 milyon manat, Azadolmaların məbləği – 3 milyard 113,2 milyon manat olacaq. Beləliklə, ümumi strukturda güzəştlərin payı 58,5%, azadolmaların payı isə 41,5% təşkil edəcək. Müqayisə üçün, 2024-cü ildə güzəştlər 3 milyard 995,8 milyon manat, azadolmalar isə 2 milyard 806,1 milyon manat səviyyəsində olub. Başqa sözlə, güzəştlərin həcmi 400 milyon manat, azadolmaların həcmi isə 307 milyon manat artıb.

Güzəştlərin strukturunda əsas payı sahibkarlıq fəaliyyəti, maliyyə xidmətləri, dövlət institutları və xüsusi iqtisadi zonalar üzrə tətbiq olunan azadolmalar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər