9 C
Baku
Wednesday, December 17, 2025

Bu il vençur fondları startaplara 760 min dollar investisiya ayırıb

Bu il Azərbaycanda 45 texnopark rezidenti qeydiyyata alınıb.

Bunu “IDDA Awards” müsabiqəsinin mükafatlandırma tədbirində İRİA-nın İnnovasiya ekosistemi departamentinin müdiri Taleh Kərimli deyib.

O bildirib ki, Agentliyin dəstək verdiyi vençur fondları və proqramlar nəticəsində 760 min ABŞ dolları məbləğində startaplara investisiya olunub:

“40 startap üzrə dəstək proqramı, yəni inkubasiya, akselerasiya və hakatonlar keçirilib. 500-dən çox startap dəstəklənib. Mentorluq proqramları çərçivəsində 300-dən artıq icma tədbiri keçirilib və bu tədbirlərdə 14 min iştirakçı iştirak edib.

5 universitetdə startap proqramları agentlik tərəfindən həyata keçirilib. Global Innovation Institute tərəfindən 45 beynəlxalq sertifikat təqdim edilib. 98 startap mentoru yetişdirilib. 6 innovasiya mərkəzi tərəfimizdən fəaliyyət göstərir.

5000-dən çox ideya müəllifi müxtəlif proqramlara öz ideyalarını göndərib və 6 qlobal oyunçu ilə agentlik tərəfindən birgə proqramlar həyata keçirilib”.

T.Kərimli deyib ki, Agentliyin dəstəklədiyi innovasiya proqramlarına 2025-ci il ərzində 5436 müraciət daxil olub:

“Bunlardan 1860 nəfər proqramlarda iştirak edib və bu proseslər nəticəsində 478 startap formalaşıb. Emumilikdə agentliyin fəaliyyətini 5 əsas sütun (pillar) üzrə qruplaşdırırıq və bu 5 sütun üzrə müxtəlif fəaliyyətlər həyata keçiririk. Bunlardan birincisi infrastruktur və qanunvericilik, ikincisi maliyyə əlçatanlığı, üçüncüsü bazar əlçatanlığı, dördüncüsü istedadların inkişafı, beşincisi isə innovasiya mədəniyyətinin yaradılmasıdır”.

Son xəbərlər
Digər xəbərlər