10 C
Baku
Wednesday, December 11, 2024

Bu il Xəzər dənizində ilk kruiz marşrutu işə salına bilər

Rusiya bu ilin yay ayında Xəzəryanı dövlətlərlə birgə Xəzər dənizində ilk kruiz marşrutunu işə salmağa hazırdır.

Bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.

Onun sözlərinə görə, “Böyük Volqa Yolu” layihəsinə Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan daxil olacaq.

D.Volvaç bildirib ki, hazırda Həştərxanda rusiyalı və xarici turistlərin Xəzər dənizi ətrafında dəniz səyahətinə çıxa biləcəkləri kruiz gəmisinin tikintisi başa çatdırılır.

Bir müddət əvvəl bildirilmişdi ki, gəminin dəniz sınaqları yalnız 2024-cü ilin payızına planlaşdırılıb.

Qeyd edək ki, Xəzər dənizində işə salınması nəzərdə tutulan ilk kruiz gəmisi “Böyük Pyotr” adlandırıması nəzərdə tutulub. Ancaq bu yaxınlarda bu laynerin adını dəyişdirilərək “Vladimir Jirinovski” adlandırmaq qərarına gəlinib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər