2021-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,6 dəfə artaraq 1361,8 min nəfər olub.
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə gedənlərin sayı 1,5 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 15,2%- artmışdır.
Banker.az xəbər verir ki, ölkə vətəndaşlarının 45,3%-i Türkiyəyə, 17,7%-i Rusiya Federasiyasına, 12,8%-i İrana, 8,5%-i Gürcüstana, 15,7%-i digər ölkələrə səfər edib. Gedənlərin 64,3%-ini kişilər, 35,7%-ini qadınlar təşkil edib.