9 C
Baku
Tuesday, December 16, 2025

Bu il xaricdən Azərbaycana 100 mindən çox avtomobil gətirilib – 2 milyard dollarlıq idxal

2025-ci ilin yanvar-noyabr ayında Azərbaycan 1 milyard 999 milyon dollar dəyərində 104 404 ədəd cəmi avtomobil idxal olunub.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil idxalı məbləğ ifadəsilə 19.5%, miqdar ifadəsilə 26% artıb.

O cümlədən, 2024-cü ilin yanvar-noyabr ayında isə Azərbaycana 1 milyard 673 milyon dollar dəyərində 82 926 ədəd cəmi avtomobil gətirilib.

Bu ilin 11 ayında Azərbaycana minik avtomobillərinin idxalı 96 057 ədəd ikən, əvvəlki ildə 74 366 ədəd təşkil edib. Belə ki, əsasən adam daşımaq üçün nəzərdə tutulmuş minik avtomobillərinin sayı illik müqayisədə 29.2% artıb.

Son xəbərlər
Digər xəbərlər