Bu il əhalinin Xocavəndə köçürülməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, Xocavənd şəhərində, kəndlərində, Hadrut qəsəbəsində təmir-bərpa işləri aparılır:
“Cənab Prezidentin tapşırığı əsasında bu ilin yay aylarında həmin bərpa və yenidənqurma işləri yekunlaşdıqca mərhələli şəkildə əhali oraya köçürüləcək”.