23 C
Baku
Sunday, September 29, 2024

Bu il Yaxın Şərqdəki ölkələr ucuz neft səbəbi ilə daha 150 mlrd. dollar itirəcək

Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, 2016-cı ildə Yaxın Şərq regionunda yerləşən ölkələr neftin qiymətinin aşağı olması səbəbindən daha 150 mlrd. dollar itirəcəklər.

“The Wall Street Journal” nəşridə yazılan xəbər görə, 2015-ci ildə bu rəqəm 390 mlrd. dollar təşkil edib: “Bu, Səudiyyə Ərəbistanı və Küveyt kimi ölkələrə ciddi təsir edib. Bu il Yaxın Şərq regionunda yerləşə ölkələr neftin qiymətinin aşağı olması səbəbindən 150 mlrd. dollar itirəcəklər. Beləliklə, ölkələrin iqtisadi artım tempi ləngiyəcək. İqtisadi vəziyyəti stabilləşdirmək üçün bu tip ölkələrə 4-5 il lazımdır”.

APA-Economics

Son xəbərlər
Digər xəbərlər