20 C
Baku
Monday, October 7, 2024

Bu il yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard manatı ötüb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

Dövlət Vergi Xidmətindən verilən məlumata görə, indiyədək ölkə ərazisində 101 min 605 ədəd yeni nəsil NKA quraşdırılıb.

Belə NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17,7 milyard manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,7 milyard manatdan, yaxud 10,7 faizdən çoxdur.

Son xəbərlər
Digər xəbərlər