Bu il yerli ixracatçı şirkətlərin biri ilə tam blokçeyn texnologiyaları vasitəsilə pilot daşımaları təşkil ediləcək

??????????????????????????????????????????????????????????

“2020-ci ildə yerli ixracatçı şirkətlərin biri ilə sənədsiz, məlumatların tam blokçeyn üzərindən paylaşılan pilot daşımanın təşkil edilməsi nəzərdə tutulub”.

Banker.az xəbər verir ki, bunu “Report” agentliyinə müsahibəsində Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, bu pilot layihədə təminat zəncirinin bütün iştirakçıları “hyperledger” fabrik blokçeyni üzərindən bir-birinə məlumat göndərib, təsdiq edəcəklər.

Həmçinin o bildirib ki, GUAM ölkələrində gömrük prosedurları üçün tələb olunan sənədləri blokçeyn texnologiyası vasitəsilə paylaşmağı Dövlət Gömrük Komitəsi təklif edib: “Eyni zamanda Gürcüstan ilə məlumatların “blokçeyn” texnologiyası istifadə olunmaqla paylaşılması iki fərqli platforma üzərindən pilot proqramda tətbiq olunub. “Ethereum” və “hyperledger” blokçeyn şəbəkəsində bəzi məlumatların paylaşılması test üsulunda uğurla başa çatdırılıb”.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar 24 saat işləyən exchangelər Şənbə günü işləyən bank filialları