27 C
Baku
Saturday, July 27, 2024

Bu ildən AMEA-nın magistraturasına qəbul aparılmayacaq

Bu ildən başlayaraq AMEA-nın institutlarına magistratura üzrə qəbul aparılmayacaq.

Bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev media nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, elmi təşkilat və elmi institutların magistraturalarına qəbulun aparılmaması plan yerlərinin azalmasına gətirib çıxarmayacaq:

“Ali məktəblərin magistraturalarına qəbul olan tələbələr bu elmi təşkilat və institutlarda tədqiqatlar aparacaqlar”.

 

MənbəApa
Son xəbərlər
Digər xəbərlər