7 C
Baku
Sunday, January 29, 2023

Bu ildən texnologiyalar parkında çalışan əcnəbilər 10 il sosial sığorta haqqı ödəməyəcəklər

Bu ildən məcburi dövlət sosial sığortasına cəlb olunmayan şəxslərin əhatə dairəsi genişləndirilib.

Bu, “Sosial sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcək.

Son xəbərlər
Digər xəbərlər
X