Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 206 milyon 544 min manat həcmində sığorta haqqı yığılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu, 8 milyon 802 min manat artıb.
Banker.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 63 384 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, bu müddətdə icbari həyat sığortası üzrə yığımlar 49 milyon 668 min manat, ödənişlər isə 2 milyon 264 min manat təşkil edib.
Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 156 milyon 875 min manat sığorta haqqı yığılıb, sığorta ödənişləri isə 61 milyon 121 min manat olub.