-1 C
Baku
Sunday, December 15, 2024

Bu ilin 3 ayında turistlər bank vasitəsilə 91 milyon manat ödəniş edib

Azərbaycan Turizm Şurasının dördüncü iclası keçirilib.

İclasda çıxış edən Şuranın sədri, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, ölkəyə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atılmalıdır: “Buna görə də Milli Turizm Təbliğat Bürosuna ölkə daxilində fəaliyyət göstərən turizm şirkətlərinin təklif etdiyi proqramların cəmləşdirilərək saytlar vasitəsilə təbliğ olunması və yerli vətəndaşların istirahəti üçün xüsusi proqramların hazırlanması tapşırıldı. Azərbaycana gələn turistlərin sayı da ildən-ilə artır. Əgər ötən ilin 5 ayı ərzində ölkəmizə 768 min turist gəlmişdisə, bu il 956 min turist gəlib. Bu da ötən ilə nisbətən 188 min və ya 24,5 faiz artım deməkdir. Qeyd olundu ki, əgər ötən ilin ilk üç ayında xarici turistlər Azərbaycanda 40 milyon 629 min manat bank vasitəsilə ödəmələr etmişdilərsə, bu ilin eyni dövründə məbləğ 91 milyon 134 min manat olub”.

Son xəbərlər
Digər xəbərlər