Bu ilin 6 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı 84 min manata yaxın gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, ödənişlərin 87 faizi əmək haqları, 13 faizi isə sosial müavinət və kompensasiyalardan ibarət olub.
Hesabat dövrü ərzində əmək müqaviləsinə qanunsuz xitam verildiyi müəyyən edilmiş 41 işçi Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən görülən tədbirlər nəticəsində əvvəlki iş yerlərinə bərpa edilib.