1 C
Baku
Saturday, December 14, 2024

Bu ilin beş ən səs-küylü bank qalmaqalı

Fırıldaq, saxtakarlıq, çirkli pulların yuyulması, terrorizmə dəstək, narkotik qaçaqmalçılığı, qanunsuz pul köçürmələri –bu il bankları daha nələrdə ittiham ediblər?

Barclays

Öz başlanğıcını hələ 2008-ci ildən götürən qalmaqal bu ilin yayında kulminasiya nöqtəsinə çatdı. Britaniyanın ən nəhəng banklarından biri olan Barclays 290 milyon funt sterlinq (450 milyon dollar) civarında cərimə edildi. Səbəb LİBOR faiz dərəcəsinə edilən manipulyasiyalar ilə bağlıdır. 

LİBOR –Britaniya Bank Assosiasiyası tərəfindən 10 əcnəbi valyutada, həmin faiz dərəcəsinin indeksinə daxil olan bankların (hər valyutaya görə 8-dən 20-yə qədər) sorğusu əsasında müəyyən edilir. Təxminən 150 trilyon dollar civarında maliyyə xidmətləri LİBOR dərəcəsinə bağlıdır. Təqribən London vaxtı ilə səhər saat 11-də banklar bir-birinə həmin valyutada hansı faiz dərəcəsi ilə borc verdiklərini xəbər verirlər. Daha sonra dörd maksimum və dörd minimum dərəcə seçilir və onlar arasında banklar-arası kreditləşmə üçün ortaq faiz dərəcəsi müəyyən edilir

Barclays bankının İdarə Heyətinin Sədri Markus Eycius, baş direktor Bob Daymon, həmçinin bankın 14 treyderi öz vəzifəsini tərk etmək məcburiyyətində qalmışdır. İnsidentin araşdırılması üçün parlamentin hər iki palatasının üzvlərinin iştirakı ilə xüsusi komissiya yaradılmışdır.

Britaniya və Amerika requlyatorlarının məlumatına əsasən Barclays banklar-arası kreditləşmənin faiz dərəcələrini müəyyən edərkən fırıldaqçılıq əməllərinə yol verirmiş, o bank borclarının qiymətləri barədə yalan informasiya təqdim edərək, bununla öz gəlirini artırmağa və etibarlı maliyyə institutu imicini qorumağa çalışırmış. Bankın rəhbərliyi qəsdən faiz dərəcələrini aşağı salaraq, stabillik illüziyası yaradırmış. Bu 2008-ci ildə bütün maliyyə bazarlarına olduqca böyük maddi zərər yetirmiş, 2008-2009-cu il qlobal iqtisadi böhranın nəticələrini daha da dərinləşdirmişdir.

Şübhə altına onlarla digər bank da düşmüşdür, bu siyahıda həmçinin:

  • UBS
  • Royal Bank of Scotland
  • Deutsche Bank
  • JP Morgan Chase
  • Citigroup
  • Royal Bank of Scotland Group Plc
  • Barclays
  • Credit Suisse Group
  • Credit Agricole11
  • Societe Generale kimi bankların da adı var.

Bu gurultulu məsələ ilə əlaqədar olaraq, LİBOR dərəcəsinin müəyyən edilməsində bəzi islahatlar başlandı. İndi LİBOR dərəcəsi real sövdələşmələr əsasında təyin olunmalıdır, daha doğrusu bu təklif variantlarından biridir, sözü gedən fəaliyyət sahəsi ciddi şəkildə tənzimlənməldir. Böyük Britaniyanın Maliyyə naziri isə faiz dərəcələri ilə bağlı manipulyasiyaya görə cinayət məsuliyyəti tətbiq etməyi tələb emişdir.

HSBC

bank hsbc 400.jpg

Bank haqqında xəbərləri izləyənlər bilirlər ki, bu yaxınlarda daha bir Britaniya bankı HSBC ilə bağlı olduqca səs-küylü bir qalmaqal yaşandı. Amerikan Senatı iri çaplı araşdırma həyata keçirmiş və bunun nəticəsində banka qarşı qeyri qanuni pul köçürmələrində iştirak, terrorçular və narkotik qaçaqmalçıları ilə əməkdaşlıq ittihamları irəli sürülüb.

Məsələ ondadır ki, Britaniyanın HSBC bankı və onun Amerikada yerləşən törəməsi HBUS ABŞ tərəfindən “çirkli” pulların həcmi baxımından ən təhlükəli hesab edən ölkələr ilə maliyyə əməliyyatları həyata keçirmişlər, bu ölkələrə Rusiya, Meksika, İran, Kayman adaları, Səudiyyə Ərəbistanı və Suriya daxildir.

Bundan əlavə bank meksikalı terrorçular ilə əməkdaşlıqda şübhəli bilinir: HSBC Bank Mexico 7 milyard dolları HBUS vasitəsi ilə köçürüb, bu da ABŞ senatının nəzərindən yayına bilməzdi. Həmçinin Britaniya bankı Səudiyyə Ərəbistanının və Banqladeşin “terror” pulları ilə bağlı əməliyyatlarla əlaqəli olduğu ehtimal edilən banklar ilə iş birliyi həyata keçirmişdir.

«Pulların yuyulması məqsədi həyata keçirilən əməliyyatlarının qarşını ala bilmədiyinə görə» bankı rekord miqdarda- 1 milyard dollar civarında cərimə gözləyir.

Standard Chartered

standard%20chartered 400.jpg

Daha bir Britaniya bankı ABŞ ədalət məhkəməsinin iti qılıncı altına düşmüşdür: Standard Chartered bankı İran pullarının yuyulmasında şübhəli bilinir. Məlumat verilir ki, son 10 il ərzində bank tərəfindən İran hökumətinə məxsus 250 milyard dollar pul köçürülüb.

Amerika qanunvericiliyinə əsasən ABŞ ərazisində qeydiyyatdan keçmiş bütün hüquqi şəxslərə İran ilə əməkdaşlıq etmək qadağan edilir. Amma uzaqgörən və çoxbilmiş bankirlər İran alıcıları ilə bağlı yalançı informasiya təqdim edərək 60-a yaxın pul köçürməsi həyata keçirmişlər. Bundan əlavə Standard Chartered ABŞ tərəfindən qadağan edilmiş ölkələr ilə iş qurmaqda şübhəli bilinir: Liviya, Myanma və Sudan.

Amerikan hökuməti Britaniyalıları cinayət məsuliyyəti ilə təhdid edir, amma Standard Chartered bankının idarə üzvlərindən biri buna belə reaksiya vermişdir: «Siz amerikalılar, axı siz kimsiniz ki, bizə və bütün dünyaya İranla işləməli olmadığımızı deyəsiniz».

Vatikan Bankı

cerkov5 400.jpg

Romada tüğyan edən qalmaqal heç də zarafat deyildi. Roma Papası XVI Benedikt tərəfindən xüsusi komissiya yaradılmışdır ki, məxfi sənətlərin KİV-ə sızması ilə bağlı məsələni araşdırsın. Bu sənədlərdə Vatikanın daxili konfliktlərin və korrupsiya işlərinin üstünün açılması öz əksini tapır.

Həmçinin Roma Papasının şəxsi məktubları da ictimaiyyətin nəzər nöqtəsinə düşmüşdür. Roma papasının otaq xidmətçisi Paolo Qabrielə Vatikanın məxfi sənədlərinin qeyri qanuni saxlanılması ilə bağlı ittiham irəli sürülmüşdür, sənədlər onun otağından tapılmışdır.

Amma informasiya sızması nəticəsində İtaliya Bankının maliyyə kəşfiyyatı bölməsinə məlum olub ki, 2006-ci ildən 2008-ci ilə qədər olan müddət ərzində Vatikan bankından qeyri-qanuni şəkildə İtaliyanın UniCredit bankının Romadakı filiallarından birinə 180 milyon avro civarında pul köçürülüb.

Düzdür, araşdırmanın sonrakı gedişi nəticəsində bu məbləğ 23 milyon avroya qədər azaldıldı. Həmçinin bank italyan siyasətçilərinin qeyri qanuni hesablarını saxlamaqda şübhəli bilinir.

Vatikan bankı hər hansı bir gizli hesabın mövcudluğunu inkar edir, amma buna rəğmən Dini İşlər İnstitutunun rəhbəri (Vatikanın bankının rəsmi adı) Ettore Qotti Todeski öz vəzifəsindən uzaqlaşdırılır. Todeski qeyd edir ki, Bankdakı hesablara yalnız Müqəddəs Taxta xidmət edən və ya onun təqaüdçüləri olan şəxslərin giriş əldə etmək imkanı vardır.

Amma müqəddəs divarlar arxasında çirkli pulların saxlanması barədə məlumatın mətbuata yayılması birinci dəfə deyil. Belə ki, 1980-ci ildə bankı italyan mafiyası və narkotik qaçaqmalçıları ilə əlaqəli olmaqda ittiham etdilər.

Coutts & Co və Credit Suisse

coutts co 400.jpg

Qalmaqal Almaniya hökuməti tərəfindən anonim mənbədən İsveçrənin Coutts & Co bankında hesabları yerləşən Almaniya vətəndaşları haqqında məlumat bazası toplanmış CD diski alması ilə bağlı ortaya çıxdı. İnformasiya digər bir dövlətin bank sirrinə aid olduğu üçün o, qəti şəkildə qanuni yolla əldə edilə bilməzdi. Bu gizli mənbə ya xaker, ya da qanunu pozaraq öz işəgötürənindən informasiya oğurlanmış, bank əməkdaşıdır. Sövdələşmənin baş tutması üçün

Almaniya tərəfi 3,5 milyon avro ödəyib. Diskin dəyəri milyonlarla ölçülür, zərərçəkmiş insanlar isə artıq vergidən yayınmaqda təqsirli olduğunu etiraf etməyə başlayıblar. Hökumət ümid edir ki, kompromat vasitəsi ilə həm vergilər, həm də cərimələr sayəsində 100 milyon avrodan çox vəsait toplaya biləcəklər.

Əhvalat eyni ilə iki il bundan öncə olduğu kimi baş verib. Disk adı naməlum saxlanılan şəxsdən əldə edilmişdı. Həmin dövrdə məlumatlar bazasının alıcısı bir neçə Almaniya əyaləti olmuşdu və disk Şimali Reyn-Vestfaliya əyalətlərinin büdcə vəsaitləri hesabına alınmışdı, bu Almaniyanın 16 əyaləti arasında ən sıx məskunlaşmış ərazidir.

Mətbuatda deyilir ki, əldə olunmuş diskdə təqribən1000-1500 zəngin alman haqında informasiya toplanıb və onlar hamısı eyni zamanda Coutts özəl bankının İsveçrə şöbəsinin müştəriləridir. Bu vətəndaşlardan hər birinin sərvətinin miqdarı on və ya yüz milyonlarla dollar ilə ölçülür. Coutts nümayəndələri rəsmi açıqlama ilə çıxış edərək, kompüter sisteminə hər hansı bir müdaxilənin olması faktını təkzib ediblər: aparılan araşdırma bankın kompüter şəbəkəsinə heç bir müdaxilə halını üzə çıxarmadı.

credit%20suisse 400.jpg

Məlumdur ki, İsveçrədə bank sirrinin qorunmasına dair çox ciddi qanunlar mövcuddur, buna görə də Almaniyanın öz vətəndaşlarının hesabları barədə informasiyanı İsveçrə banklarından qanuni yolla əldə etmək imkanı yoxdur. Düzdür gələn il situasiya nisbətən dəyişə bilər, bundan ötrü hökumətlər arasında qəbul olunmuş müvafiq razılaşma qüvvəyə minməlidir. Amma mütəxəssislər əmindirlər ki, müxalifət partiyaları bu müqavilənin ratifikasiyasının qarşısını ala biləcəklər.

Yeri gəlmişkən, cari ilin mart ayında İsveçrə üç alman vətəndaşının həbsi barədə qərar qəbul etmişdir, bu şəxslərin iki il bundan əvvəl baş vermiş insidentdə əlaqəli olduqları iddia edilir. İsveçrənin baş prokuroru hətta bu şəxslərin Credit Suisse bankında Şimali Reyn-Vestfaliya əyalətinin məmurlarının sifarişi ilə xüsusi casusluq əməliyyatı həyata keçirməsi ilə bağlı şübhələrinin olduğunu da bildirmişdir.

Öz növbəsində İsveçrə hökuməti alman vergi işçilərini bank sirrinin pozulmasında və iqtisadi cəsusluqda ittiham edərək, onların bu alçaq hərəkətlərindən hiddətləndiklərini bildiriblər.

Vergi xidmətinin rəsmi nümayəndələri bildirib ki, bu situasiyada ən pis duruma düşən məhz bankirlərdir, belə ki, məhz onlar milyardlarla məbləği vergidən yayındırmağa kömək ediblər.

Məsələnin bu qədər geniş əks-səda doğurmasına baxmayaraq nə Coutts & Co bankı, nə də Almaniya Vergi Nazirliyi informasiya sızması ilə bağlı faktı təsdiqləmir.

Son xəbərlər
Digər xəbərlər