Bu ilin birinci rübündə Azərbaycandan 97 milyon 231 min ABŞ dolları dəyərində 89 min 907 ton meyvə-tərəvəz ixrac edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə meyvə-tərəvəzin dəyəri 16 milyon ABŞ dolları (14%) azalıb, həcmi isə 5 min 308 ton (6.2%) artıb.
Qeyd edək ki, keçən ilin yanvar-mart aylarında ölkədən dəyəri 113 milyon 232 min ABŞ dolları olan 84 min 599 ton meyvə-tərəvəz ixrac edilib.