12 C
Baku
Sunday, May 19, 2024

Bu ilin büdcə kəsiri ilə bağlı yeni rəqəm – Daha 43 milyon manat artacaq  

2022-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artırılaraq 3 106,0 milyon manat məbləğində nəzərdə tutulur.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.

Kəsirin artımının maliyyələşdirilməsi daxili borclanmadan cəlb olunan vəsait hesabına təmin ediləcək. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,7 faiz təşkil edəcək ki, bu da təsdiq olunmuş dövlət büdcəsindəki göstəricidən 0,8 faiz az olacaq.

 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər