2024-cü ilin I rübündə Azərbaycana daxil olan pul baratlarının həcmi 294 milyon dollar təşkil edib. Bununla belə, pul baratlarının həcmi əvvəlki ilə nisbətən 35% azalıb.
Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.
Samir Nəsirov qeyd edib ki, “2022-ci ildə Rusiya-Ukrayna münaqişəsilə bağlı xüsusilə də Rusiyadan Azərbaycana yüksək həcmdə pul baratları daxil olurdu. İndi həmin pul baratları azalıb. Bu isə ümumi həcmə təsir edib” – AMB rəsmisi bildirib.