6 C
Baku
Saturday, December 14, 2024

Bu ilin I rübündə Azərbaycana xaricdən 294 mln. dollar pul baratı daxil olub

2024-cü ilin I rübündə Azərbaycana daxil olan pul baratlarının həcmi 294 milyon dollar təşkil edib. Bununla belə, pul baratlarının həcmi əvvəlki ilə nisbətən 35% azalıb.

Bunu Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov bu gün keçirilən brifinqdə deyib.

Samir Nəsirov qeyd edib ki, “2022-ci ildə Rusiya-Ukrayna münaqişəsilə bağlı xüsusilə də Rusiyadan Azərbaycana yüksək həcmdə pul baratları daxil olurdu. İndi həmin pul baratları azalıb. Bu isə ümumi həcmə təsir edib” – AMB rəsmisi bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər