30 C
Baku
Friday, July 19, 2024

Bu ilin II rübündə yükdaşımaların həcmi 5 mln. tona yaxın olub – ADY

Bu ilin ikinci rübünə olan məlumata əsasən, “Azərbaycan Dəmir Yolları” QSC-nin xəttilə 4 milyon 767.3 min ton yük daşınıb.

Banker.az bu barədə ADY-nin hesabatına istinadən xəbər verir.

Yükdaşımaların 1 milyon 711.3 min tonu və ya 35.9%-i beynəlxalq daşımaların (idxal – ixrac), 2 milyon 252.4 min tonu və ya 47.2%-i tranzit daşımaların, 803.6 min tonu və ya 16.9%-i daxili daşımaların payına düşür.

Hesabat dövründə istifadə edilmiş konteynerlərin sayı 15 min 478 təşkil edib.

Son xəbərlər
Digər xəbərlər