29 C
Baku
Friday, June 14, 2024

Bu ilin ilk 3 ayında Azərbaycan Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub

Azərbaycan 2024-cü ilin 1-ci rübündə Gürcüstanın 5-ci əsas ticarət tərəfdaşı olub.

Məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb. Bildirilib ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 208.84 milyon dollar dəyərində mal və məhsulları idxal edib ki, bu da illik ifadədə 14.5% azdır. Gürcüstanın Azərbaycana ixracı isə ötən illə müqayisədə 26.7% azalaraq 191.94 milyon dollar təşkil edib.

Bu il Gürcüstanın Azərbaycanla ticarət dövriyəsinin həcmi 400,79 milyon dollar təşkil edib ki, bu da illik ifadədə 105.32 milyon dollar və ya 20.8% azdır.
Hesabat dövründə Gürcüstanın əsas ticarət tərəfdaşı Türkiyə olub – 964.06 milyon dollar. İlk beşliyin digər ölkələri isə ardıcıl olaraq Rusiya (836.8 milyon dollar), Çin (497.54 milyon dollar) və ABŞ (479.7 milyon dollar) olub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər